Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağsuda karantini pozan şəxslər barəsində müvafiq tədbirlər görülüb



Newscenter.az.13.04.2020. Ağsuda karantini pozan şəxslər barəsində qanunauyğun tədbirlər görülüb. Newscenter.az-ın xəbərinə görə, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, karantin rejimi qaydalarının təmin olunması məqsədilə Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində çölə çıxan vətəndaşların yoxlanışı zamanı 42 yaşlı İlqar Kərimovun icazəsiz çölə çıxdığı müəyyən olunub.

Şamaxı rayon sakini 22 yaşlı Kamal Əhmədov heç bir icazəsi olmadan ara yollarla Ağsu rayonuna gələrkən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o inzibati həbs olunub.

Həmçinin, rayonun Gəgəli kəndi ərazisində qardaşlar- Rza və Sakit Mirzəyevlər heç bir icazələri olmadan sərxoş vəziyyətdə çölə çıxıb, xuliqanlıq hərəkətləri etdiklərinə görə saxlanılıblar. Onların barəsində də Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunauyğun müvafiq tədbirlər görülüb.
Xəbəri paylaş