Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Güclü külək daş hasarı qaz xəttinin üzərinə aşırıb



Newscenter.az.15.04.2020. Aprelin 15-də gecə saatlarında Sabunçu rayonu Ramana qəsəbəsində əsən güclü küləyin təsirindən vətəndaşa məxsus fərdi yaşayış evinin hasarı aşıb.

Newscenter.az-a “Azəriqaz” İstehsalat Birliyindən daxil olan məlumata görə, hasar aşarkən ərazidən keçən 57 mm diametrində olan qaz xəttinin 30 metrlik hissəsini zədələyərək dirəklərdən yerə salıb. Təhlükəsizlik tədbirləri olaraq aprelin 25-dək evin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Hazırda ərazidə bərpa işləri aparılır.

Qeyd edək ki, hasarı aşan evdə hal-hazırda yaşayış yoxdur.

Zaur
Xəbəri paylaş