Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nazirlik sosial şəbəkədə yayılan fotoya aydınlıq gətirdi



Newscenter.az.15.04.2020
. Bəzi sosial şəbəkə səhifələrində işsizlər üçün nəzərdə tutulan birdəfəlik ödəmənin guya hansısa imkanlı şəxsə təyin olunması təəssüratı yaradan şəkil həqiqəti əks etdirmir.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininn mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib ki, şəkildə “Vertu” markalı telefonda Ələkbərov soyadlı şəxsə birdəfəlik ödəmənin təyin olunmasına dair mesaj əks olunub:

"Birdəfəlik ödəmənin təyin olunduğu Ələkbərov və Ələkbərova soyadlı 326 şəxsin telefon nömrələri üzərindən araşdırma aparılıb. Aidiyyəti informasiya sistemləri vasitəsilə telefon nömrələrinin istifadə olunduğu mobil cihazlar (İMEİ kodu əsasında) müəyyən edilib".

Fazil Talıblı deyib ki, ödəmə təyinatı aparılmış 326 şəxsdən heç birinin “Vertu” markalı telefona sahib olmadığı məlum olub.

"Həqiqəti əks etdirməyən saxta paylaşımlarla birdəfəlik ödəmə proqramına qarşı inamsızılıq yaratmaq cəhdlərini kəskin qınayır və belə cəhdlərin hüquqi məsuliyyət yaratdığını bildiririk".

Anar
Xəbəri paylaş