Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaxtında görülmüş qabaqlayıcı tədbirlər olmasaydı həddindən artıq itkilərlə üzləşə bilərdik




Newscenter.az.20.04.2020. “Bu gün mart ayının 14-də elan olunmuş xüsusi karantin rejiminin birinci hissəsi başa çatdı və Nazirlər Kabineti yanında yaradılmış operativ qərargahın qəbul etdiyi qərara uyğun olaraq, may ayının 4-ə qədər uzadıldı. Ötən müddət ərzində, pandemiyanın yayılmasının qarşısının alınması və digər tədbirlərlə bağlı hökumətin gördüyü işlərə bir daha nəzər salmaq yerinə düşər”.

Newscenter.az xəbər verir ki, bu fikirləri millət vəkili Nəsib Məhəməliyev səsləndirib. O, qeyd edib ki, ölkə başçısının tapşırığı ilə nazirlər kabineti yanında operativ qərargah yaradıldı və fəaliyyət planı hazırlandı:

“Milli Məclisdə pandemiya ilə effektiv mübarizə aparmaq üçün müvafiq qanunvericilik aktları qəbul olundu. Ümumdünya Səhiyyə təşkilatı və virusun ilkin peyda olduğu ölkə, Çinlə sıx təmaslar quruldu. Qısa zaman kəsiyində xarici ölkələrdən süni nəfəs alma aparatları, testlər, maskalar və digər avadanlıqlar gətirildi. Ölkədə ilk dəfə olaraq yerli maska istehsalı müəssisəsi yaradıldı. Respublika üzrə karantin xəstəxanaları müəyyənləşdirildi, sərhəd bölgələrində müvəqqəti səyyar karantin zonaları yaradıldı. 575 çarpayılıq Yeni klinika istifadəyə verildi. Bakı şəhərində və reqionlarda 10 ədəd modul tipli xəstəxanaların inşasına başlanıldı”.

Millət vəkili bildirib ki, Cənab Prezidentin təşəbbüsü ilə koronovirusla mübarizəyə dəstək fond yaradıldı:

“Dövlət başçısı və 1-ci xanım bir illik əmək haqqlarını fonda bağışladılar. Xalqın bir çox nümayəndələri həmrəylik nümayiş etdirməklə,110 milyondan çox vəsait toplandı. Azərbaycanın 1-ci vitse-Prezidenti iki dəfə xalqa müraciət etdi və rəhbərlik etdiyi Heydər Əliyev fondu vasitəsilə respublikanın bütün şəhər və rayonlarında imkansız ailələrə ərzaq yardımlarının çatdırılmasını təşkil etdi. Dövlət Başçısının çağırışına cavab olaraq bir çox imkanlı şəxslər, (bir çoxları reklam etmədən) aztəminatlı həssas ailələrə yardım göstərdilər. İş yerlərini itirmiş və yaxud imkansız ailələrə dövlət dəstəyinin zərər çəkmiş biznes strukturlarına dövlət dəstəyinin göstərilməsi, imkansız tələbələrin təhsil haqqının dövlət tərəfindən ödənilməsi, elektrik enerjisindən istifadəyə görə limit artırıldı. Xarici ölkələrdən vətəndaşlarımızın ölkəyə gətirilməsi təşkil olundu. Əksər xarici ölkələrlə hava və quru yolları bağlandı.Ancaq həyat əhəmiyyətli yüklər istisna olmaqla Respublika ərazisində inzibati vahidlər arasında hərəkət məhdudlaşdırıldı”.

Nəsib Məhəməliyev qeyd edib ki, əhalinin dərman ləvazimatlarına, ərzaq mallarına, ailə üzvlərinin dəfn mərasimlərində iştirakını təmin etmək üçün elektron icazə sistemi, ərzaq və qeyri ərzaq mallarının on-layn ticarəti təşkil olundu:

“Əhali arasında kütləvi maarifləndirilmə işləri aparıldı. Ilk olaraq yaşı 65-keçmiş insanların küçəyə çıxma,daha sonra isə kütləvi şəkildə özünü təcrid kompaniyası aparıldı. Nəticə göz qabağındadır. Son günlərin statistikasına baxanda görürük ki, yeni yoluxanların sayı azalmaqda, intensiv müalicədən və karantin müddəti bitəndən sonra evə buraxılanların sayı isə çoxalmaqdadır. Bu dinamika düşünməyə əsas verir ki, vaxtında görülmüş qabaqlayıcı tədbirlər olmasaydı həddindən artıq itkilərlə üzləşə bilərdik. Bu yaxınlarda video konfrans vasitəsilə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatının forumunda iştirak edən Ümumdünya Səhiyyə təşkilatının Baş direktoru Azərbaycan Prezidenti İlham Əliyevə xüsusi təşəkkürlərini bildirərək, ölkəmizi bu sahədə nümunə olaraq göstərmişdi. Müşahidələr və keçirilən sorğular bir daha göstərdi ki, Azərbaycan xalqı ən çətin zamanlarda belə öz Liderinə arxalanır, güvənir. Milli həmrəylik nümayiş etdirmək, ən mürəkkəb problemlərin öhdəsindən gəlmək iqtidarındadır. Birinci xüsusi karantin rejiminin qarşıya qoyduğu vəzifələrin öhdəsindən layiqincə gəldikləri üçün, başda Ölkə Rəhbəri olmaqla,gecəni gündüzə qataraq proseslərdə ən çox əməyi keçən tibb işçilərinə,polis əməkdaşlarına minnətdarlığımı bidirməkdən şərəf duyuram. İnşəallah, ikinci karantin dövründə isə zəncir tam qırılar və Azərbaycan koronovirus pandemiyasına qalib gələn ilk ölkələrdən biri olaraq tarixə düşər”.

Mehman
Xəbəri paylaş