Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yük avtomobilinin salonunda sərnişin gizlədən sürücü saxlanılıb



Newscenter.az.20.04.2020. Xüsusi karantin qaydalarını pozaraq yük avtomobilinin salonunda qohunumu gizlədib Balakən rayonuna keçirmək istəyən sürücü və həmin şəxs saxlanılıb.

Newscenter.az-a DIN-dən bildirilib ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki postda aparılan profilaktik tədbirlər zamanı Kürdəmir rayon sakini Allahverdi Eybalıyevin idarə etdiyi “Shacman” markalı yük maşını saxlanılıb. Həmin nəqliyyat vasitəsinin salonuna baxış zamanı müvafiq icazəsi olmadan karantin qaydalarını pozaraq gizli şəkildə Balakənə gəlmək istəyən sürücünün qohumu Emil Fətəliyev müəyyən edilib.

Hər iki şəxs barəsində Balakən Rayon polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək cərimə ediliblər.

Mehman
Xəbəri paylaş