Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xüsusi təhsil müəssisələrində psixoloji xidmət təşkil olunacaq



Newscenter.az.22.04.2020. Azərbaycanda xüsusi təhsil müəssisələrində psixoloji xidmətin təşkil olunması təklif edilir.

“Report” xəbər verir ki, bununla bağlı “Sağlamlıq imkanları məhdud şəxslərinı təhsili (xüsusi təhsil) haqqında” qanuna dəyişiklik təklif olunur.

Dəyişikliklə qanuna yeni 13.3-1-ci bənd əlavə edilir. Yeni bəndə əsasən xüsusi təhsil müəssisələrində "Təhsil haqqında" qanuna uyğun olaraq psixoloji xidmət təşkil olunacaq və "Psixoloji yardım haqqında" qanunun tələblərinə riayət edilməklə psixoloji yardım həyata keçiriləcək.
Xəbəri paylaş