Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan bir addım öndədir



Newscenter.az.23.04.2020. "Ölkəmizdə iqtisadi inkişaf dinamikasının sürətini azaltmamaq üçün dünyanın bir sıra ölkələrində olduğu kimi COVİD-19 virusu ilə mübarizəni, vətəndaşların sağlamlıqlarına, həyatlarına təhlükə yaradan amilləri arxa plana da keçirmək olardı. Yaxud olduqca yumşaq məhdudlaşdırıcı tədbirlər həyata keçirməklə, məsuliyyətin əhəmiyyətli hissəsini vətəndaşların öhdəsinə buraxmaq da mümkün idi. Lakin cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan hakimiyyəti vətəndaşların sağlamlığını, insanların həyatını prioritet olaraq seçdi və zaman da bu seçimin doğruluğunu sübuta yetirdi".

Newscenter.az xəbər verir ki, bu fikirləri millət vəkili Azər Kərimli səsləndirib. O, qeyd edib ki, COVİD-19 virusu təhlükəsinə ciddi yanaşmayan, prosesləri öz axarına buraxan ölkələr olduqca ciddi problemlərlə qarşı-qarşıya qaldılar:

"Virusa yoluxma və ölüm halları ən yüksək səviyyəyə çatdı, nəticədə isə inkişaf dinamikası prioritet sayılan iqtisadiyyat daha böyük tənəzzül təhlükəsi ilə qarşılaşdı. Azərbaycanda isə həyata keçirilən qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində vəziyyət nəzarətdə saxlanıldı. Dövlətlər də insanlar kimidir. Onların gücü, bacarığı və digər bu kimi keyfiyyətləri özünü ekstrimal vəziyyətlərdə büruzə verir"

Millət vəkili bildirib ki, hHələlik Azərbaycan bir addım öndədir və cənab Prezidentin həyata keçirdiyi çevik siyasət bu prosesin davamlı olacağını göstərir.

Anar
Xəbəri paylaş