Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gənclər üçün yeni vətənpərvərlik aksiyası



Newscenter.az.23.04.2020. Gənclər və İdman Nazirliyi tərəfindən 2020-ci ilin aprel ayının 26-dan başlayaraq "Mənim Qəhrəmanım" adlı onlayn vətənpərvərlik aksiyasına start verilir. Nazirlikdən Newscenter.az-a verdiyi xəbərə görə, 26 İyun tarixinədək davam edəcək aksiyaya qoşulmaq istəyən gənclər Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş və şücaət göstərmiş, eləcə də, II Dünya Müharibəsinin iştirakçısı olan doğmalarının timsalında qəhrəmanlar haqqında qısa məlumatı şəkillə birlikdə sosial şəbəkələrdə paylaşmalıdırlar.
Məlumat 1 nəfər haqqında olmalıdır və buraya onun doğum və ölüm tarixləri, təltifləri, iştirak etdiyi döyüşləri daxil edilməlidir.
Qeyd edək ki, hər bir məlumat ... “O Mənim Qəhrəmanımdır” sözləri ilə bitməlidir.

Layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.2-ci (Azərbaycan tarixində müstəsna xidmətləri olmuş şəxsiyyətlərin, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşçülərin, o cümlədən Milli Qəhrəmanların gənclər arasında tanıdılması ilə bağlı layihələrin həyata keçirilməsi) yarımbəndinin icrasının təmin edilməsi məqsədi və Faşizm üzərində Qələbənin 75 illiyini nəzərə alaraq gerçəkləşdirilir.

Sevinc
Xəbəri paylaş