Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"İlham Əliyevin Könüllüləri" İctimai Hərakatından Prezidentə təşəkkür məktubu



Newscenter.az.26.04.2020. "İlham Əliyevin Könüllüləri" İctimai Hərakatının şəhər və rayonlar üzrə məsul şəxsləriPrezident İlham Əliyevə təşəkkür məktubu göndərib. Newscenter.az-ın xəbərinə görə, məktubda qeyd edilir ki, müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişaf etdirilməsi sahəsində apardığınız ardıcıl və məqsədyönlü iş ölkəmizin və xalqımızın bütün maneələrdən uğurla keçməsini təmin edib, böyük inkişafa nail olmağa tam şərait yaradıb. İndiyə qədər müxtəlif vaxtlarda üzləşdiyimiz qlobal iqtisadi böhranlardan Azərbaycan Respublikasının minimum itkilərlə çıxaraq yenidən böyük inkişafa nail olması Sizin düşünülmüş siyasətinizin və vaxtında atdığınız addımların real nəticələridir. Hazırda dünyanı bürümüş koronavirus pandemiyasından xalqımızı qorumaq üçün apardığınız müdrik siyasət və həyata keçirilən səmərəli tədbirlər müsbət nəticələr verir. Bu məsuliyyətli günlərdə Sizin rəhbərliyinizlə respublikamızda vaxtında görülən çoxşaxəli qabaqlayıcı tədbirlər ölkəmizdə yoluxma hallarının məhdudlaşdırılmasına təminat verir.

Bu böyük sınaq günlərində xalqımız qarşısında göstərdiyiniz böyük xidmətlərə görə Azərbaycan vətəndaşları olaraq sizə təşəkkür edib, işlərinizdə uğurlar arzu edirik.

Qeyd edək ki, təşkilat Koronavirus pandemiyası dövründə yaradılıb. Əsas məqsədi bu qlobal problemdə Azərbaycan vətəndaşları olaraq ölkə prezidenti ətrafında sıx birləşmək, aparılan siyasəti dəstəkləmək və sosial şəbəkələrdə aktiv şəkildə Nazirlər Kabineti yanında operativ qərargahın təlimatlarını təbliğ etməkdir. Həmçinin Cənab Prezidentin çağırışına qoşularaq "Biz birlikdə gücluyük!" aksiyası çərçivəsində könüllü olaraq aztəminatlı ailələrə köməklik görsətməkdən ibarətdir.

Təşəkkür məktubu aşağıdakı şəxslər tərəfindən göndərilib

1. Bakı ş Sabunçu r- HüseynovaAyşən Fəxrəddin q
2. Bakı ş Xətai r- İbrahimli Tural
3. Bakı ş Nərimanov r- Uluxanlı Elşən Aydın o
4. Bakı ş Nərimanov r- Şükürov Orxan Ceyhun o
5. Bakı ş Abşeron r-Əliyev Fərman Çingiz o
6. Bakı ş Binəqədi r- Fizuli Qasımoğlu
7. Gəncə şəhəri -Şükürov Ümid
8. Sumqayıt ş-Qubadova Aytac Səyyaf q
9. Şəmkir r- Qurbanov Cehun Eldar o
10. Yevlax r- Vaqifli Fərid
11. Yevlax r- Həsənov Nahid Əsgər o
12. Göygöl r- Şabanova Türkan Arzu q
13. Kürdəmir r- Bayramov Mais Əlqara o
14. Xaçmaz r- Babayeva Esmira İbrahim q
15. Quba r- Şıxbabayeva Aygün Şıxbaba q
16. Qusar r- Zəkiyev Babacan Ramiz o
17. Balakən r- Bicilov Hacımurad Əli o
18. Ağstafa r- Əsgərov Ənvər Vaqif o
19. Ağstafa r- Bağırova Aynur Elşən q
20. Zərdab r- Şirinov Rəmzi Tehran o
21. İsmayıllı r- Əyyubov Nurlan Tahir o
22. Lerik r- Məmmədov İlqar Adiş o
23. Lənkaran r- Kərəmov Elnur Cahil o
24. Salyan r- Qədirova Xanım Bəxtiyar q
25. Ağdaş r- Qəribov Nurlan Məmməd o
26. Ağdam r- Həmidov Əhməd Aslan o
27. Naxçıvan ş Şərur r- Hüseynov Xaliq isa o
28. Şamaxı r- Məmmədova Nuranə Cabbar q
29. Lerik r-Rəhimov Anar Adil o
30. Biləsuvar r- Xammədov Fuad Sabir o
31. Laçın r- İmran Ələkbərov
32. Xocalı r- Qalib Bəyməmmədoğlu
33. Qərb Regionu üzrə Məsul Şəxs – Bəxtiyar Əlioğlu
34. İctimai aksiyanın həmsədri- Hüseynzadə Nərmin Fizuli qızı
35. İctimai aksiyanın təsisçisi Əliyev Teymur Ayaz oğlu
Xəbəri paylaş