Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan həqiqətlərini, ölkəmizin haqlı tələblərini AŞPA tribunasından dünya ictimaiyyətinə çatdırmaq üçün bütün əməyimi səfərbər edəcəm

Azərbaycan həqiqətlərini, ölkəmizin haqlı tələblərini AŞPA tribunasından dünya ictimaiyyətinə çatdırmaq üçün bütün əməyimi səfərbər edəcəm


Newscenter.az.27.04.2020. "Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin yeni tərkibi təsdiq olundu. Yeni heyətdə mənimlə yanaşı, çox hörmətli həmkarlarım Səməd Seyidov (nümayəndə heyətinin rəhbəri), Kamal Cəfərov, Sevinc Fətəliyeva, Pərvin Kərimzadə, Nigar Arpadarai, Tural Gancəliyev, Erkin Qadirli, Rafael Hüseynov, Sabir Hacıyev, Fazil Mustafa və Asim Mollazade təmsil olunurlar".

Newscenter.az xəbər verir ki, bu fikirləri millət vəkili Könül Nurullayeva səsləndirib. O, qeyd edib ki, Azərbaycan bütün beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası Parlament Assambleyası ilə də konstruktiv münasibətlərə söykənən əməkdaşlıq qurub:

"Avropa Şurasının üzvü kimi təşkilatın verdiyi imkanlardan bəhrələnməklə ölkəmiz özünün milli proqramını hazırlayıb. Bu proqrama Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, Ermənistanın işğalçı siyasətini ifşa etmək, azərbaycanlılara qarşı ermənilərin həyata keçirdiyi soyqırım aktı, eləcə də torpaqlarımızın 20 faizinin işğalı, Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması faktını tanıtmaq, hüquqları pozulmuş köçkünlərimizin ağrılı-acılı həyatını anlatmaq və digər çox əhəmiyyətli məsələlər daxildir. Beləliklə, Azərbaycan həqiqətlərini, ölkəmizin haqlı tələblərini Avropanın bu mötəbər tribunasından dünya ictimaiyyətinə çatdırmaq üçün bütün əməyimi səfərbər edəcəm və mənə göstərilən bu etimadı doğrultmağa çalışacam. Həmçinin nümayəndə heyətimizə bu məsuliyyətli işdə uğurlar arzu edirəm!".

Anar
Xəbəri paylaş