Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Gömrük Komitəsinin mərkəzi aparatı aztəminatlı ailələrə yardım ediblər



Newscenter.az.27.04.2020. Koronavirus (Covid-19) infeksiyası ilə mübarizədə ilk gündən etibarən ön sıralarda yer alan gömrükçülər sosial dəstək aksiyalarında da fəal iştirak edirlər.

Newscenter.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin mərkəzi aparatı bu məqsədlə növbəti dəfə aztəminatlı ailələrə və yaşı 65-dən yuxarı olan şəxslərə yardım aksiyasına töhfəsini verib.

Könüllü gömrükçülərin iştirakı ilə 120-dən çox ailəyə baş çəkilib, onlara gündəlik zəruri qida məhsullarından ibarət ərzaq sovqatı paylanılıb, ailələrlə profilaktik söhbətlər aparılıb, onlara xüsusi karantin rejimi dövründə evdə qalmaları tövsiyə edilib.
Xəbəri paylaş