Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qaydalara əməl etməyən daşıyıcılara heç bir güzəşt edilməyəcək

Qaydalara əməl etməyən daşıyıcılara heç bir güzəşt edilməyəcək


Newscenter.az.27.04.2020. “Cari ilin əvvəlində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən avtomobil nəqliyyatı sahəsinin inkişaf istiqamətləri ilə bağlı ölkə rəhbərliyi tərəfindən nazirliyimizə konkret tapşırıqlar verilib. Həmin tapşırıqlara uyğun olaraq, tərəfimizdən təhlillər aparılıb, müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması məqsədilə təkliflər hazırlanıb”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov avtomobil nəqliyyatı sahəsinin gələcək inkişaf perspektivləri ilə bağlı danışarkən qeyd edib. DANX rəhbəri qeyd edib ki, təkliflər avtomobil nəqliyyatı sahəsində tənzimləmə normalarına müasir İKT həllərinin tətbiqi vasitəsilə yenilik gətirilməsini, avtonəqliyyat vasitələri parkının yenilənməsi ilə bağlı mexanizmləri özündə əks etdirir:

“Pandemiya dövründə də bu istiqamətdə tədbirlərin görülməsinin nə qədər vacib olduğunun bir daha şahidi olduq və həmin təkliflərin həyata keçirilməsinin sürətləndiriliməsi istiqamətində öz səlahiyyətlərimiz çərçivəsində zəruri tədbirlərin görülməsini təmin edəcəyik".

Həbib Həsənov: onu da vurğulayıb ki, bu həssas dönəmdə görülən tədbirlərə baxmayaraq sui-istifadə halları da aşkarlanır:

“Mən yol verilən nöqsanlarla bağlı daşıyıcılara, xüsusilə də yük daşımaları və taksi xidməti həyata keçirən fərdi sahibkarlara üzümü tutaraq onları məsuliyyətli olmağa dəvət edirəm. Bildirirəm ki, karantin rejimi tərəfimizdən bu sahədə çalışan şəxslər üçün bir sınaq müddəti kimi dəyərləndirilir və məsuliyyətsiz hərəkətləri səbəbilə dövlətimizin mənafeyinə zərər vuraraq, hökümət tərəfindən qəbul edilmiş qərarlara əməl etməyən daşıyıcıların fəaliyyətinin qarşısının alınması üçün görüləcək tədbirlər zamanı tərəfimizdən heç bir güzəşt edilməyəcək".

Sevinc
Xəbəri paylaş