Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı metrosu karantindən sonra açılmasına hazırlıq gedir



Newscenter.az.28.04.2020. Karantindən sonra koronavirus təhlükəsinə görə metrodan istifadə etməyə qorxan sərnişinlər heç də narahat olmasınlar. Çünki təhlükənin qarşısının alınması məqsədi ilə Bakı metrosunda hazırlıq işləri görülür.

Newscenter.az xəbər verir ki, bu barədə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O, hazırda bu istiqamətdə hazırlıq işlərinin görüldüyünü bildirib:

"İşlərin qurulması və aparılmasında Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar, tapşırıq və tövsiyələrinə ciddi şəkildə əməl olunur.

Hazırda metropolitendə infrastrukturun qorunması, tunel və avadanlıqların sağlamlığının təmin edilməsi, texnoloji proseslərin, texniki istismar qaydalarının tələblərinə müvafiq qaydada təmin edilməsi işləri müntəzəm aparılır”.

Bəxtiyar Məmmədov onu da bildirib ki, metro Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından sonra fəaliyyətini bərpa edəcək. //Yenicag.az
Xəbəri paylaş