Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ötən gün vətəndaşlar tərəfindən ümumilikdə 12458 onlayn növbə götürülüb



Newscenter.az.28.04.2020. 27 aprel tarixində vətəndaşlar tərəfindən ümumilikdə 12458 onlayn növbə götürülüb.

Newscenter.az "ASAN" Xidmətə istinadən xəbər verir ki, bunlardan 8827-si (71%) mərkəzlərə gələrək xidmətlərdən istifadə edib, 3631-i (29%) növbə alıb, lakin xidmət üçün mərkəzə gəlməyib.

Onlayn növbə almaqla xidmətlərdən istifadə edən vətəndaşların 3883 nəfəri (43%) təyin olunmuş vaxtdan təxminən 2 saat öncə mərkəzə gəlib, 497 vətəndaş isə təyin olunmuş vaxtdan gec gəlib.

Sevinc
Xəbəri paylaş