Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daha bir icra başçısının həbs xəbəri yayıldı



Newscenter.az.29.04.2020. Dövlət Təhlükəsizlik Xidmətinin bu gün Biləsuvar rayonu İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirdiyi barədə xəbər yayılıb.

Newscenter.az xəbər verir ki, bu barədə məlumat yayan “Qafqazinfo” artıq İcra Hakimiyyətinin binasına girişin qadağan edildiyini bildirib.

Hətta icra başçısı Mahir Quliyev və bir neçə müavininin saxlanılaraq Bakıya gətirildiyi qeyd olunub.

Mahir Quliyev 2011-ci ildə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Xəbəri paylaş