Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tamam Cəfərova: "Həmişə olduğu kimi, koronavirus pandemiyası ilə mübrizədə də vətəndaşın mənafeyi dövlət siyasətinin mərkəzində durur"



Newscenter.az.2.05.2020. "Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Heydər Əliyev Fondu “Biz birlikdə güclüyük” aksiyasını davam etdirir. Aksiyanın məqsədi karantin rejimi dövründə aztəminatlı ailələrə sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək və bu işdə vətəndaş həmrəyliyini genişləndirməkdir".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən millət vəkili Tamam Cəfərova deyib ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi "Biz birlikdə güclüyük" sosial layihəsi çərçivəsində Şamaxı rayonu üzrə aztəminatlı ailələrə Fondun "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri tərəfindən ərzaq sovqatları paylanılıb:

"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevaya, Heydər Əliyev Fonduna, Regional İnkişaf İctimai Birliyinin əməkdaşlarına, o cümlədən bu layihədə əməyi olan bütün könüllülərə həyata keçirdikləri bu nəcib təşəbbüsə, insanlarımıza göstərdikləri dəstəyə görə dərin minnətdarlığımı bildirirəm. Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevın rəhbərliyi ilə Fondun "Regional İnkişaf" İctimai Birliyinin könüllülərinin iştirakı ilə paytaxt və regionlarda 200 mindən çox ailəyə ərzaq bağlaması çatdırılıb. Heydər Əliyev Fondunun bu mötəbər fəaliyyəti cəmiyyətimiz üçün, hər bir vətəndaşımız üçün gözəl bir xeyirxahlıq örnəyidir. Bu xeyirxah aksiya karantin rejimi dövründə aztəminatlı və digər həssas kateqoriyadan olan ailələri və onlara sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirərək, bu işdə vətəndaş həmrəyliyini daha genişləndirəcəkdir. Görülmüş bütün xeyirxah işlərin vurğulanması, bu prosesin daha geniş vüsət almasına, xalqımızın milli-məvi həmrəyliyinin daha da möhkəmlənməsinə istiqamətlənir".

Millət vəkilinin sözlərinə görə, bu aksiya bir daha göstərdi ki, həmişə olduğu kimi, koronavirus pandemiyası ilə mübrizədə də vətəndaşın maraqları, sağlamlığı, mənafeyi dövlət siyasətinin mərkəzində durur:

"Ölkə rəhbərimiz bu mübarizədə vətəndaşları birliyə, qarşılılı yardımlaşmaya çağırdı. Çox sevindirici haldır ki, imkanlı şəxslər, sahibkarlar, təşkilatlar dövlət başçımızın bu çağrışına qoşuldular, həmrəylik göstərdilər. Cənab prezidentimizin dediyi kimi, biz birlikdə güclüyük".

Mehman
Xəbəri paylaş