Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda 1 932 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib



Newscenter.az.3.05.2020. Azərbaycanda indiyədək koronavirusa yoluxanların sayı açıqlanıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunub ki, hazırkı dövrədək ölkəmizdə 1 932 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 441 nəfər müalicə olunaraq sağalıb, 25 nəfər vəfat edib, 466 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 19 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Xəbəri paylaş