Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünyada koronavirusa yoluxanların sayı 3,5 milyona çatır



Newscenter.az.3.05.2020. Dünyada koronavirus qurbanlarının sayı 244 min nəfərə çatır.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, pandemiya ərzində COVID-19 infeksiyasının qeydə alındığı ölkələrdə virusdan ölənlərin ümumi sayı 243 942 nəfər təşkil edir.

Bundan başqa, dünyada ümumilikdə 3 470 014 insan koronavirusla bağlı analizlərin müsbət nəticəsini alıb, COVID-19-a yoluxmuş 1 114 164 insan sağalıb.

Hazırda dünyada koronavirusa yoluxmuş 2 111 908 pasiyent müalicə edilir, onlardan 50 843-ü ağır vəziyyətdədir.

Dünyada COVID-19-a ən çox yoluxma halları ABŞ, İspaniya və İtaliyada qeydə alınıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbəri paylaş