Metroya daxil olan sərnişinlərin hərarəti yoxlanılacaq
Tarix: 8-05-2020, 15:05
Newscenter.az.8.05.2020. Metropoliten stansiyalarının girişlərində zərurət olduğu təqdirdə sərnişinlərin hərarəti müvafiq tibbi avadanlıq vasitəsi ilə yoxlanılacaq.
Bu barədə məlumat Newscenter.az-a “Bakı Metropoliteni” QSC-dən daxil olub. Bildirilib ki, bununl yanaşı metroda sosial məsafənin qorunmasını təmin etmək məqsədilə audio, vizual, statik məlumatlandırma üsullarından istifadə olunacaq, stansiya və qatarlardakı oturacaqlarda məlumatlandırıcı işarələr qoyulacaq.
Anar