Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tibbi maskadan istifadə etməyən Dəmir Yolu vaağzalına və qatarlara buraxılmayacaq



Newscenter.az.9.05.2020. “Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərin diqqətinə çatdırır ki, bu gündən tibbi maskadan istifadə etməyənlər Bakı Dəmir yol vağzalı, eləcə də digər stansiyaların ərazisinə və elektrik qatarlarına buraxılmayacaqlar.

Newscenter.az-a Səhmdar Cəmiyyətdən bildirilib ki, sərnişinlərin bu qaydaya əməl edib-etməmələrinə nəzarəti Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin tabeliyində olan Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları yerinə yetirəcək. Sərnişinlərimizdən özlərinin və başqalarının sağlamlıqlarına biganə yanaşmamaları, tibbi maskalardan istifadə etmələri xahiş olunur.

Anar
Xəbəri paylaş