Impera

XƏBƏR LENTİ
23:15Türkiyədən daha 19 azərbaycanlı həkim ölkəyə gətirildi22:43İsmayıllıda 25 yaşlı gənc intihar etdi21:22Türkiyədə koronavirus xəstələrinin sayı 202 mini ötdü20:40Prezident: "Azərbaycan Xəzər dənizində 260 gəmidən ibarət ən böyük donanmaya malikdir"20:26Azərbaycanın 16 şəhər və rayonunda həftəsonları hərəkət qadağan edilir20:20Sərt karantin günlərində yalnız bu hallarda çölə çıxmağa icazə veriləcək20:14Bakı metrosunun fəaliyyəti dayandırılır20:09Xüsusi karantin rejimi 20 iyula qədər uzadılır19:32Azərbaycanda neçə COVİD-19 xəstəsi müalicə alaraq sağalıb?19:26Balakəndə adı “Qırmızı kitab”a düşən qonur ayı balalarını satmaq istəyən şəxslər saxlanılıb19:04Paytaxtda qanunsuz fəaliyyət göstərən içməli su sexi aşkarlandı18:40Azərbaycanda koronavirusa daha 572 yoluxma qeydə alınıb, 8 nəfər vəfat edib18:30Kürün qurumasının daha bir fəsadı18:25Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb18:00Azərbaycanda koronavirusa yoluxma artır: görülən tədbirlər niyə səmərə vermir?17:4153 Bakı məktəblisi olimpiada qalibidir17:18Neftçalaya yeni su kəməri çəkilir17:05Azərbaycana tibbi maska və respiratorların idxalının gömrük rüsumundan azad edilməsi uzadıldı16:55Kür çayında suyun azalması ölkəmiz üçün milli təhlükəsizlik məsələsidir16:25“COVİD-19” pandemiyası dövründə elektron imzaya maraq artıb16:00İctimai Televiziya və Radio Yayımları Şirkəti maska istehsalına və idxalına öz töhfəsini verəcək15:54Əlahiddə Ümumqoşun Ordunun artilleriya bölmələrinin döyüş atışlı təlimi keçirilib-video15:48AQTA əməkdaşları tərəfindən 226 müəssisədə reyd keçirildi15:45Yeni reallıqlar ölkədə sağlam siyasi sistemin inşasını daha da sürətləndirəcək15:32Azərbaycanda indiyədək 2,3 milyon tondan çox taxıl yığılıb15:03Gömrükçülər qanunsuz mobil telefon keçirilməsinin qarşısını alıblar14:25Ərdoğan koronavirus pandemiyasından sonra ilk xarici səfərinə çıxıb14:18Azərbaycan polisi - xalqa və dövlətçiliyə sarsılmaz sədaqət nümunəsi14:06Müdaxilə ehtimalı olan qaz sayğaclarının yoxlama prosesi necə aparılır?-VIDEO13:53“Azərsu” xidmət keyfiyyətini yaxşılaşdırır13:45Yağış yağacaq, dolu düşəcək13:18Azərbaycan, Əfqanıstan və Türkmənistan prezidentlərinin videokonfrans vasitəsilə görüşü keçirilib13:06Prezident maska taxmamağa görə cərimə artımını təsdiqlədi12:55Prezident İlham Əliyev Vladimir Putinə zəng edib12:21Ağalar Vəliyev: "Prezidentin təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın növbəti göstəricisidir"12:13GÇH rəhbərləri ilə onlayn görüş keçirilib12:00Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır11:17Ziya Məmmədovun qardaşı oğlu sürücülük hüququndan məhrum edilir10:30Astaradan İran sərhədinədək olan yolun tikintisinə başlanılıb09:30Ermənilər atəşkəsi 53 dəfə pozub22:09Polis günü ərəfəsində yeni inşa edilən binaların açılışı olub21:27Bakıda koronavirus xəstəsinə cinayət işi açıldı20:30Baş Nazir sərt karantin tətbiq edilməyən rayonların başçılarının qarşısında yeni tələb qoydu19:41Azərbaycanda daha 588 nəfər koronavirusa yoluxub18:46Paşinyanın antiRusiya siyasəti18:30Yazlıq əkin bəyanlarının qəbulu başa çatıb18:15Silahlı Qüvvələrin Yardım Fonduna toplanan vəsaitin miqdarı məlum oldu18:00Yeni ödənişli avtomagistralın bir hissəsinin tikintisi sona çatır17:45Keçən il “AzerGold”un qızıl hasilatında 21.4 % artım qeydə alınıb17:35AQTA “Könüllü Qida Nəzarətçisi“ proqramına yeni qoşulan könüllülər ilə videokonfrans keçirib.17:20Yeni pambıq sortlarının yaradılması layihəsi müzakirə olunub16:46Alimlər yeni növ koronavirusun 200-ə yaxın mutasiyasını müəyyənləşdirib16:36Bakının bəzi ərazilərində polis postları götürüldü16:29Gömrük Akademiyasının magistratura səviyyəsi üzrə qəbul planı 100 faiz dolub16:17Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı təltif edilib-SİYAHİ15:48Tələbələrin köçürülməsinin vaxtı açıqlandı15:34Nazir gənclərlə onlayn görüş keçirdi15:14BŞTİ-də vətəndaşların qəbulu avqustun 1-dək dayandırılır15:09Buraxılış imtahanlarında yüksək nəticə göstərən paytaxt məktəbliləri bəlli oldiu14:51“Pandemiyaya baxmayaraq parlament yaz sessiyasında çox dinamik işlədi” – Deputat Aqil Məmmədov14:46Daha 111 obyektdə qaydaların kobud şəkildə pozulması faktları aşkarlanıb14:30Ermənistan Azərbaycana qarşı qərəzli mövqedə olduğunu bir daha göstərdi14:17Azərbaycanda qadın fermerlər tərəfindən 118 kiçik müəssisə yaradılıb14:08AzTV-nin əməkdaşı koronavirusdan vəfat etdi13:51Siyasi rəqiblik anlayışına yeni baxış ortaya qoyulur13:45"Azərsu" ASC-nin sədri Milli Məclisə çağırıldı13:40Sabah yağış yağacaq13:30Metsamor AES-in fəaliyyəti dayandırıldı13:09Valyuta hərraclarında 373,2 milyon ABŞ dolları məbləğində vəsait satılıb12:28Türkiyədə qayıq batıb, 6 nəfər ölüb, 50-dən çox insan itkin düşüb12:13Prezident İlham Əliyev siyasi gedişləri ilə Bakıdan Ermənistandakı proseslərə təsir edir və Paşinyanı mat vəziyyətinə salır11:54Xarici valyutanı bəyan etmədən keçirməyə cəhd etdi11:42Prezident Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə 700 min manat ayırdı11:31Dərman preparatları, spirtli içkilər və mobil telefonlar aşkarlandı11:05Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb10:451 403 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib10:28Azərbaycanda siqaret bahalaşdı10:11Azərbaycan polisi bu çətin günlərdə hər an insanların təhlükəsizliyinin və ölkənin sabitliyinin keşiyindədir09:54Xaçmazda silah-sursat tapıldı09:44Bəhram Bağırzadə ECMO cihazından ayrılıb09:30Cəbhədə gərginlik artır09:00Azərbaycan voleybolçuları bu tarixdə mübarizəyə qoşulacaq00:15Azərbaycanda 37 koronavirus xəstəsi süni tənəffüs cihazına qoşulub23:41Tehranda partlayış olub, ölən və yaralananlar var23:21Azərbaycanda benzinin qiyməti artacaq22:19Bakıda sanitar-gigiyena qaydalarını pozanlar cərimələndi21:36Türkiyədə koronavirus xəstələrinin sayı 200 minə çatır21:11Azərbaycandan bəzi tibbi ləvazimat və preparatların aparılmasına qoyulan qadağa uzadıldı20:17Bakı Nəqliyyat Agentliyi tibbi maskadan istifadə ilə bağlı əlavə tədbirlər görür19:32Ermənistanda təkcə pandemiya böhranı deyil, həm də siyasi böhran yaşanır18:10Xüsusi karantin rejimi daha iki həftə uzadılır18:00Azərbaycanda daha 556 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb17:47Dövlət Komitəsinin sədri videoqəbul keçirib17:42Azərbaycanda daha 3 partiya qeydiyyata alındı - SİYAHI17:13Abituriyentlər üçün əla fürsət: dövlət vəsaiti hesabına Cənubi Koreyada təhsil almaq imkanı16:46Azərbaycanda 18 jurnalist koronavirusa yoluxub, 1 nəfər ölüb16:20Daha 98 obyekt koronavirusdan qorunmaq qaydalarını pozdu15:34Prezident mətbuatın 145 illiyi ilə bağlı sərəncam imzaladı15:311 prospekt və 1 küçədə üfüqi nişanlanma xətləri yenilənəcək15:26Daha iki rayona yeni prokuror təyin edildi
BÜTÜN XƏBƏRLƏR
Temmuz 2020 (83)
Haziran 2020 (1065)
Mayıs 2020 (949)
Nisan 2020 (1438)
Mart 2020 (1234)
Şubat 2020 (624)

«    May 2020    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Müstəqil Azərbaycanın qurucusu

10 May 2020, 15:45   


Newscenter.az.10.05.2020. Ötən əsrin sonlarında Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra çətin sınaqlarla üz-üzə qalmışdı. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin tarixi-siyasi əhəmiyyəti və ideoloji məzmunu məhz bu dövrün formalaşdırdığı mürəkkəb şərtlər fonunda təhlil olunmalıdır. Ulu Öndərin liderlik missiyası yalnız son dərəcə qeyri-müəyyən bir dövrdə, ağır tarixi şəraitdə məsuliyyəti üzərinə götürməsi ilə ifadə olunmurdu. Bu missiya həm də hələ illər öncə, XX əsrin 70-ci illərində Ümummilli Liderin respublikaya rəhbərlik etdiyi mərhələdəki böyük xidmətləri ilə başlamışdı.

Bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Ramin Məmmədov bildirib.

Deputat qeyd edib ki, məhz həmin illərdə Azərbaycanda müstəqillik üçün son dərəcə mühüm əhəmiyyətə malik bir neçə sütun yaradılmışdı. Azərbaycanlı gənclər Sovet İttifaqının ən nüfuzlu məktəblərində təhsil almaq imkanı qazanmışdı, beləliklə də respublikada kifayət qədər güclü, peşəkar kadr bazası formalaşdırılmışdı.

Onlarla zavod, fabrik inşa olunmuşdu, müstəqilliyin ilk illərində ölkə iqtisadiyyatının yenidən qurulması və inkişaf etdirilməsi üçün bunun nə qədər mühüm əhəmiyyətə malik olduğunu izah etməyə yəqin ki, ehtiyac yoxdur. Azərbaycanda geniş yollar şəbəkəsi yaradıldı, körpülər salındı, su elektrik stansiyaları tikildi. 1970-ci illərdə az qala bütün Azərbaycan ərazisi tikinti meydanına çevrildi. Yüzlərlə yaşayış məntəqəsinə elektrik enerjisi verildi, qaz kəməri, telefon xətti çəkildi. Respublikada dövr üçün kifayət qədər müasir infrastruktur yaradıldı, yeni xidmət sahələri fəaliyyətə başladı.

Azərbaycanda 1971-ci ildə məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü, gərgin zəhməti və uzaqgörənliyi sayəsində yaradılmış Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəb müstəqillik dövründə milli ordunun zabit korpusunun formalaşmasında müstəsna rol oynadı. Başqa cür desək, Ulu Öndər faktiki olaraq, müstəqil ordu üçün kadr bazasını da yaratmağa nail oldu. Həm də elə bir dövrdə ki, Azərbaycanda müstəqilliyi xəyal etmək belə mümkün deyildi.

Azərbaycan mədəniyyətinin inkişafı, kino sənayesi, incəsənətə göstərilən qayğı ölkənin tarixində yeni bir səhifə açdı. Heydər Əliyev böyük bir qətiyyətlə, cəsarətlə müstəqil düşünən ziyalıları müdafiə edirdi. Onların bir çoxu sonralar milli azadlıq hərəkatının fəal iştirakçıları kimi tarixə düşdü. 1978-ci ildə Azərbaycan SSRİ Konstitusiyasında ilk dəfə olaraq Azərbaycan dili dövlət dili kimi təsbit olundu, sovet quruluşunun inzibati-amirlik sisteminin mahiyyətindən doğan bütün məhdudiyyətlər və çatışmazlıqlara rəğmən. Bu, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biri kimi tarixin yaddaşına yazıldı.

Beləliklə, Ulu Öndər hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə müstəqil dövlətçilik üçün vacib olan bir sıra məsələlərin həllinə nail olmuşdu. Məhz bu mənada Ümummilli Liderin tarixi missiyası hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə müstəqil dövlətin sütunlarını yaratması ilə başlamışdı.

1993-cü ildə Azərbaycan dövlətçiliyi məhv olmaq təhlükəsi ilə üzləşəndə Ulu Öndər öz tarixi missiyasını davam etdirərək ölkəni, xalqı böyük bir fəlakətdən qurtardı – sözün böyük və həqiqi mənasında azadlığını, müstəqilliyini itirmək təhlükəsindən. Heydər Əliyev geosiyasi ziddiyyətlərin, iqtisadi kataklizmlərin burulğanında müstəqil bir dövlət qurmaqla əslində Azərbaycan xalqının mövcudluğunu qorumağa nail oldu. Azərbaycanın dövlət müstəqilliyinin siyasi, iqtisadi, sosial-mədəni, hüquqi və ideoloji əsaslarını yaradan Heydər Əliyev qısa müddətdə ölkəni yeni bir inkişaf mərhələsinə çıxardı. 1993-cü ildən başlayaraq ictimai-siyasi sabitliyin təmin olunması, beynəlxalq münasibətlər sistemində öz yerini tutması, iqtisadiyyatda sabitliyin, daha sonrakı illərdə isə həm də davamlı inkişafın əldə edilməsi, demokratik ənənələrə əsaslanan siyasi sistemin formalaşması, modern ordu quruculuğu və digər sahələrdə əldə olunmuş uğurlar Heydər Əliyevin irəli sürdüyü müasir milli dövlətçilik strategiyasının məntiqi nəticələri idi.

Heydər Əliyevin siyasi qurtuluş konsepsiyası dörd mühüm sütun üzərində qurulmuşdu: ictimai siyasi sabitlik, iqtisadiyyatın bərpası, atəşkəsin əldə olunması və praqmatik xarici siyasət. Əslində bu, həm də 1990-cı illərdə Azərbaycanın qarşısında duran ən mühüm tarixi vəzifələr idi. Lakin bu vəzifələrin həllini mürəkkəbləşdirən ən vacib məqamlardan biri onların hamısının eyni vaxtda yerinə yetirilməsi zərurəti idi. Heydər Əliyevin siyasət və dövlət adamı olaraq unikallığı həm də onda öz ifadəsini tapır ki, o, belə mürəkkəb bir tarixi situasiyada dövlətin qarşısında duran bir neçə çətin problemi eyni vaxtda həll etməyi bacardı. Azərbaycanda ictimai-siyasi sabitlik yaradıldı, iqtisadiyyatın bərpası üçün önəmli addımlar atıldı, cəbhədə atəşkəs əldə olundu, xarici siyasətdə daha əvvəlki hakimiyyətlərdən miras qalmış problemlər həll olundu. Məhz Heydər Əliyevin uzaqgörən strategiyası, yüksək idarəçilik keyfiyyətləri sayəsində Azərbaycan müasir, sözün həqiqi mənasında, müstəqil dövlət kimi beynəlxalq münasibətlər sistemində özünü təsdiq edə bildi.

Ümummilli lider Heydər Əliyev, obrazlı ifadə etsək, sivilizasiyaların qovuşuğunda, daha dəqiq desək, böyük güclərin qlobal iqtisadi və siyasi maraqlarının toqquşduğu bir məkanda müstəqil və güclü Azərbaycanın təməlini qurmağa müvəffəq oldu. Bu, bir təcrübəli dövlət adamı, siyasi lider kimi onun üzərinə tarixin, taleyin və xalqın yüklədiyi missiya idi. Lakin Ulu Öndərimiz daha böyük bir missiyanı yerinə yetirərək, yeni dövr Azərbaycanının ideoloji postulatını da formalaşdırdı. Azərbaycançılıq ideologiyasını irəli sürməklə siyasi və dövlətçilik fəlsəfəsini milli birlik məfkurəsi kimi təkmilləşdirdi. Böyük öndərimizin yalnız dövlətin iqtisadi, hərbi, diplomatik əsaslarını yaratmadı, həm də onun ideoloji inkişaf konsepsiyasının müəllifi oldu.

Heydər Əliyevin qurduğu dövlət çox qısa bir vaxt ərzində regionun ən aparıcı dövlətinə, real və təsirli söz sahibinə, bölgədə həyata keçirilən və müxtəlif nəhəng korporasiyaların, fövqəlgüclərin maraqlarının ifadə olunduğu qlobal layihələrin aparıcı qüvvəsinə çevrildi. Heydər Əliyev dühasının gücü həm də onda öz təzahürünü tapır ki, o, böyük güclərin əsasən ziddiyyətlər üzərində qurulmuş maraqlarını Azərbaycanın fəal iştirakı ilə həyata keçirilən layihələrdə birləşdirə bilirdi. Məhz onun bu qeyri-adi diplomatik məharəti Azərbaycanı böyük maraqların müharibə meydanına çevrilmək təhlükəsindən sığortaladı.

İndi regionun ən güclü ordusuna, ən böyük iqtisadiyyatına, ən sürətli inkişaf tempinə malik olan müasir Azərbaycan dövlətini Heydər Əliyevin şah əsəri adlandıranlar, heç şübhəsiz, tarixi dəlillərə istinad edirlər. Bu dəlillərdən biri də Ulu Öndərin özündən sonrakı dövrdə belə Azərbaycanı təlatümlərdən, təhlükələrdən qoruya biləcək güclü siyasi lideri müəyyənləşdirə bilməsində idi. Heydər Əliyevin zərgər dəqiqliyi ilə hesablanmış milli dövlətçilik strategiyasını davam etdirmək missiyasını uğurla yerinə yetirən Prezident İlham Əliyev Azərbaycan üçün yeni imkanlar pəncərəsi açdı. Heydər Əliyevin qurduğu təməl üzərində müstəqil Azərbaycanda modern dövlət idarəçiliyi fəlsəfəsinin formalaşdırılmasını müvəffəqiyyətlə həyata keçirdi. İnnovativ ideya və təşəbbüslərin iqtisadiyyatda, mədəniyyətdə, idmanda, bir sözlə, ölkənin həyatının bütün sahələrində uğurla tətbiqi, beynəlxalq münasibətlər sisteminə yeni baxış bucağından baxaraq regional maraqların konfiqurasiyasını dəqiq müəyyən etməsi, cəmiyyətlə dövlət arasında qarşılıqlı etimadın dərinləşməsinə xidmət edən ardıcıl siyasət İlham Əliyevin qurucu və islahatçı lider imicinin heç bir mübahisəzis qəbul olunmasına ciddi əsas yaradır.

Prezident İlham Əliyev yeni tip siyasi liderlər kateqoriyasına aid edilir. O, yeniliklərə, innovasiyalara meyillidir, daha çox texnokrat təşəbbüslərə maraq göstərir, dinamikanın, modernləşmənin qatı tərəfdarı kimi davranır, qlobal maraqların hansı nöqtələrdə qovuşduğunu və toqquşduğunu məharətlə görür. Lakin bununla yanaşı, Azərbaycan Prezidenti həm də ənənələrə sadiq, öz xalqının milli adət-ənənələrini, mənəvi dəyərlərini, tarixi nailiyyətlərini son dərəcə yüksək qiymətləndirən milli lider obrazının parlaq təcəssümüdür. O, müasir Azərbaycanının lideridir, yenilikçi, modern düşüncə tərzi ilə daha çox diqqəti cəlb edir. Onu başqalarından fərqləndirən bir mühüm keyfiyyəti də var: Prezident İlham Əliyev hər dediyi sözün arxasında dayanmağı bacaran, Azərbaycanın maraqlarını kifayət qədər açıq və prinsipial bir mövqedən müdafiə edən, sözün həqiqi mənasında müstəqil siyasət yürütməyi bacaran güclü siyasi liderdir. Bütün bu keyfiyyətləri ilə İlham Əliyev Heydər Əliyevin davamçısıdır, onun həyata keçirə bilmədiyi idealları reallaşdırmağa qadir milli liderdir.
OXŞAR MÖVZULAR