Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qaxda ağır yol qəzası



Newscenter.az.10.05.2020. Qaxda güclü yağış yol qəzasına səbəb olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Yevlax-Zaqatala- Gürcüstan sərhədi yolunun, rayonun Cəlayir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Balakən rayon sakini 1991-ci il təvəllüdlü Tural Məmməd oğlu Eminovun idarə etdiyi “Mercedes” markalı avtomobillə Zaqatala sakini 1987-ci il təvəllüdlü Nail Təmraz oğlu Dəmirovun sükanı arxasında olduğu “VAZ-21099” markalı avtomobil toqquşub.

Nəticədə “Mercedes”in sürücüsü və onun sərnişini, Balakən rayon sakini 1971-ci il təvəllüdlü İntizar Süleyman qızı Eminova, “VAZ-21099"un sürücüsü və sərnişinləri- Balakən rayon sakinləri, 1976-cı il təvəllüdlü Xuraman Qarakişiyeva və onun qızı 1997-ci il təvəllüdlü Raisa Zeynalova xəsarət alıblar. Yaralılar Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş