Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ceyhun Məmmədov yeni rektor barədə-"Azərbaycandakı dini durum barədə kifayət qədər məlumatlı mütəxəssislərdəndir”.



Newscenter.az.13.05.2020. “Dünən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə Aqil Muxtar oğlu Şirinov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin olundu. Aqil Şirinov dərin dini biliyə malik, Azərbaycandakı dini durum barədə kifayət qədər məlumatlı mütəxəssislərdəndir”.

Newscenter.az xəbər verir ki, bu fikirləri sözügedən təhsil ocağının sabiq rektoru, millət vıkili Ceyhun Məmmədov səsləndirib. O. Qeyd edib ki, Aqil Şirinovla 2 ilə yaxın bir yerdə çalışmışıq:

“İnanıram ki, bu vəzifənin öhdəsindən layiqincə gələcək. Aqil Şirinovu, eləcə də Azərbaycan ali təhsil müəssisələri arasında xüsusi yeri və rolu olan Azərbaycan İlahiyyat İnstitutunun kollektivini bu təyinat münasibətilə təbrik edir, yeni-yeni uğurlar arzulayıram. İnanıram ki, 2 ildə böyük uğurlara nail olmuş bu komanda bundan sonra da eyni ruhla və güclə daha böyük nailiyyətlərə imza atacaq”.

Anar
Xəbəri paylaş