Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DQİDK yanında İctimai Şuranın üzvlüyünə namizədlər irəli sürülür



Newscenter.az.13.05.2020. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, Komitənin fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə Dövlət Komitəsi yanında İctimai Şuranın yeni tərkibinin müəyyən edilməsi prosesinə başlanılıb.

Newscenter.az-a Dini Komitədən bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.5-ci bəndini nəzərə alaraq, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə əsasən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin 19 nömrəli, 08.05.2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə Seçki Komissiyası yaradılıb. Seçki Komissiyası tərəfindən İctimai Şuranın üzvlərinin say həddi və İctimai Şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatı üçün nəzərdə tutulan müddət müəyyən edilib.
Belə ki, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yanında İctimai Şuranın üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi üçün 13 may 2020-ci il tarixindən 20 iyun 2020-ci il tarixinədək qeydiyyat aparılacaq.

Müraciətə namizədin şəxsiyyət vəsiqəsinin surəti, namizədin tərcümeyi-halı, namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surəti əlavə olunur.

Bütün bunlardan əlavə, namizəd barədə ətraflı məlumat verən digər sənədlər də təqdim oluna bilər.

Seçki ilə əlaqədar Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi elektron poçt ünvanına ([email protected]) və ya Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət edilə bilər.

Mehman
Xəbəri paylaş