Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pomidor istixanalarında monitorinqlər keçirilib



Newscenter.az.14.05.2020. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən respublika ərazisində fitosanitar vəziyyətin müəyyənləşdirilib qiymətləndirilməsi məqsədilə fitosanitar müşahidələr davam etdirilir.

Newscenter.az-a Agentlikdən bildirilib ki, AQTA-nın fitosanitar müfəttişləri növbəti müşahidələri Tovuz rayonu Düz Qırıxlı kəndində yerləşən pomidor istixanalarında aparıblar. Monitorinq zamanı xüsusi karantin rejiminin qaydaları nəzərə alınmaqla istixana əməkdaşlarına örtülü sahədə təhlükəli zərərverici sayılan pomidor lağımlayıcı güvəsi haqqında geniş məlumat verilib. Bundan başqa pestisid və aqrokimyəvi maddələrdən istifadə zamanı texniki təhlükəsizlik qaydalarına, eləcə də sanitar-gigiyenik normalara ciddi riayət olunması diqqətə çatdırılıb. Eyni zamanda pestisid və aqrokimyəvi maddələrin saxlanma şəraitinə baxış keçirilib, bu vasitələrin təlimata uyğun saxlanılması ilə bağlı tövsiyələr verilib.

Orxan
Xəbəri paylaş