Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gömrükçülər dərman preparatları və patronlar aşkarlayıb



Newscenter.az.15.05.2020. Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz Actros" markalı yük avtomobili saxlanılıb və sürücü şifahi sorğu-sual edilib.

Bu barədə Newscenter.az-a DGK-dan məlumat verilib.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Yoxlama zamanı yük nəqliyyat vasitəsinin salonunda, yataq yerinin altında, sağ və sol baqajlarında gizlədilən 1 890 qutu müxtəlif adda dərman preparatları və pnevmatik tapança üçün 50 ədəd patron aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Zaur
Xəbəri paylaş