Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Laçın rayonunun işğalı ilə bağlı virtual təbliğat aksiyasına start verilib



Newscenter.az.18.05.2020
. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi 18 may Azərbaycan Respublikasının Laçın rayonunun Ermənistan tərəfindən işğalının 28-ci ildönümü ilə bağlı virtual təbliğat aksiyasına başlayıb.

Newscenter.az-a Gənclər və İdman Nazirliyindən bildirilib ki, kampaniyaya dəstək olmaq üçün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi tərəfindən hazırlanmış və birliyin rəsmi www.virtualkarabakh.az portalında,

www.youtube.com/virtualkarabakhtv youtub kanalında və rəsmi feysbuk səhfəsində www.facebook.com/virtualkarabakh/Laçın rayonu və onun işağılının acı nəticələri ilə bağlı paylaşılan məlumatlarla, nümayiş etdirilən 3D qrafik təsvirli film, infoqrafikalar və digər foto və video materiallarla tanış olub, onları aşağıdakı həştəqlərdən istifadə etməklə sosial şəbəkələrdə aktiv şəkildə paylaşmaq mümkündür.

Sevinc
Xəbəri paylaş