Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva İCAPP-ın xüsusi videokonfransında iştirak edib

YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva İCAPP-ın xüsusi videokonfransında iştirak edib


Newscenter.az.22.05.2020. Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva mayın 22-də Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (İCAPP) Daimi Komitəsinin “COVİD-19-un təsirləri və Asiya siyasi partiyalarının rolu” mövzusunda keçirilən xüsusi onlayn konfransında iştirak edib.

Newscenter.az xəbər verir ki, konfransda çıxış edən S.Fətəliyeva Azərbaycanın COVİD-19-la mübarizədə uğurlu təcrübəsindən, Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi genişmiqyaslı maarifləndirmə və humanitar yardım aksiyaları haqqında ətraflı məlumat verib.
Xəbəri paylaş