Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fatma Yıldırım: “Pandemiya dövründə mənə müraciət edən hər bir doğma seçicimin yanında olmağı özümə borc bilmişəm”



Newscenter.az.4.06.2020. Cari ilin mart, aprel, may ayları üzrə ümumi olaraq seçicilərimizdən 142 müraciət daxil olub. Bunlardan 53,7 %-i sosial məsələlər, 17,1 %-i əsaslı təmir-tikinti məsələləri, 22,2 %-i isə infrastrukturla bağlı olub.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən millət vəkili Fatma Yıldırım deyib ki, bunlardan 57-i mərkəzi və yerli icra hakimiyyəti orqanlarına yönləndirdiyimiz sorğu nəticəsində həll edilib, 37 müraciət isə icraatdadır. 30 müraciətin icrası respublikada tətbiq olunan karantin rejimi səbəbilə təxirə salınıb, 18 müraciət əsassız hesab olunub:

“Birmənalı olaraq, pandemiya dövründə mənə müraciət edən hər bir doğma seçicimin yanında olmağı özümə borc bilmişəm və dəstəyimizi əsirgəməmişəm. Artıq hökumətimiz karantin rejimini mərhələli olaraq yumşaldır və gedişatdan asılı olaraq 15 iyundan sonra Bərdə rayonunda vətəndaş qəbuluna start verməyi planlaşdırırıq. Təyin olunacaq görüş haqqında əlavə məlumat veriləcək. Eyni zamanda, bildirmək istəyirəm ki, Bərdə rayonu YAP binasında ofisimiz iş günlərində açıqdır və köməkçim Fuad Ağayev daim sizin müraciətlərinizi qeydə almağa hazırdır”.

Anar
Xəbəri paylaş