Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın qədim tarixi, mədəniyyəti ərəb dünyasında təbliğ ediləcək



Newscenter.az.6.06.2020. Abu-Dabi Universitetinin beynelxalq əlaqələr kafedrasının müəllimi Şəhrizad Süleyman Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu “Əl-Bayan” qəzetinin redaktoru, tanınmış jurnalist Marvat Abdulkarim ilə görüşüb.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Şəhrizad Süleyman verib.

O, bildirib ki, baş redaktorla görüşün keçirilməsi pandemiyadan öncə razılaşdırılıb:

"Ölkəmizlə bağlı bir sıra yeni maraqlı layihələrin yaxın gələcəkdə icrasına başlanılacaq. Əsas hədəfimiz Azərbaycanın qədim tarixini, mədəniyyətini, elmini, milli adət-ənənələrini, mətbəxini, tarixi-mədəni irsini ərəb dünyasında təbliğ etməkdir".
Xəbəri paylaş