Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıdakı ekspres marşrut xətlərinin fəaliyyəti dayandırılır



Newscenter.az.12.06.2020. Xüsusi karantin rejiminin gücləndirilməsi və "Bakı Metropoliteni" QSC-nin fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar təşkil olunmuş 7 ekspress marşrut xətti üzrə sərnişin daşımaları iyunun 16-dan dayandırılacaq.

Newscenter.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Məlumatda deyilir ki, metronun fəaliyyətinin bərpa edilməsi ekspres marşrutlara təlabatı kəskin azalıb. Statistik təhlillər nəticəsində məlum olub ki, 7 sayda ekspress marşrut üzrə boş yürüşlərin sayı artıb, onların rentabelliyi azalıb, bu da avtobusların səmərəsiz fəaliyət göstərməsinə zəmin yaradır. Belə ki, ekspress xətlər üzrə mayın 9-dan öncə gündəlik orta hesabla 45-46 min sərnişin daşınması həyata keçirilirdisə metronun fəaliyyətə başlamasından sonra daşıma 94% azalıb və hazırda həmin xətlər üzrə 2-3 min sərnişin daşınır. Onların metrodan istifadəsi hər hansı bir çətinlik yaratmayacaq.

"Həmçinin, bildiririk ki, ekspres xətlərdən çıxarılan avtobuslar müsabiqə nəticəsində “BakuBus” MMC-yə həvalə edilən xətlər üzrə sərnişin daşımalarına cəlb ediləcək. Bununla da istismar müddətini başa vuran, texniki baxımdan yararsız avtobusların bir qismi sərnişindaşımalardan kənarlaşdırılacaq", - deyə qurum bəyan edub.

Xatırladaq ki, xüsusi karantin rejimi günlərində həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə çalışan vətəndaşların daşınmasını təmin etmək məqsədi ilə təşkil edilən 7 sayda ekspres xətlər 2 ay müddətində fəaliyyət göstərib. Bu müddətdə ekspres xətlər üzrə ümumilikdə 1,5 milyona yaxın sərnişin daşınıb. Metronun fəaliyyətinin məhdudlaşdırıldığı müddətdə isə həm müntəzəm, həm ekspres xətlər üzrə avtobuslarla 30 milyona yaxın sərnişin daşınıb.
Xəbəri paylaş