Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

TƏBİB: Sərt karantin rejimi tək həftəsonu deyil, həftəiçi də tətbiq olunmalıdır



Newscenter.az.12.06.2020. “Sərt karantin rejimi tək həftəsonu deyil, həftəiçi də tətbiq olunmalıdır. Buna ara verilməməlidir”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, rəqəmlər arasında təzad vəziyyətin ciddi olduğunu göstərir: “Evdə koronavirus xəstəsi olduğunu gizlədən vətəndaşlarımız kifayət qədərdir. Bu da başqa insanları yoluxdurmaq deməkdir. Vəziyyət nəzarətimiz altında olsa da, vaxtında həkimə müraciət edilməsini istəyirik”.
Xəbəri paylaş