Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclisin deputatı müsabiqə qaliblərini təbrik etdi-FOTOLAR



Newscenter.az.15.06.2020
. "15 iyun - Milli Qurtuluş Günü münasibətilə "Qurtuluş - könüllülərin gözü ilə" adlı elan etdiyimiz yaradıcılıq müsabiqəsinin qalibləri bəlli oldu".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Milli Məclisin deputatı Anar Məmmədov müsabiqədə iştirak edən, əməyi keçən hər kəsə dərin təşəkkürünü bildirib:

"Sevindirici haldır ki, bu gün könüllülərimiz böyük xilaskar ulu öndər Heydər Əliyevin xidmətlərini unutmur və onun irsinə sadiqlik nümayiş etdirərək həvəslə bu müsabiqədə iştirak etdilər. Karantin rejimi ilə əlaqədar olaraq qaliblərimizi onlayn şəkildə təbrik edib, Qurtuluş Günü münasibətilə ən xoş arzularımı çatdırıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladım. Diplom və hədiyyələri Goranboy rayon İcra Hakimiyyətinin əməkdaşı Elçin Cahangirov və Naftalan şəhər İcra Hakimiyyətinin əməkdaşı Ülfət Əliyev qaliblərə təqdim etdi"

Müsabiqə qalibləri aşaöıdakılardır.
I yer - Nuray Bayramlı, Naftalan şəhəri
II yer - Aytən Bədəlova, Naftalan şəhəri
III yer - Sərxan Abbasov, Goranboy rayonu, Dəliməmmədli şəhəri

Sonda Anar Məmmədov bunları qeyd edib:

"Mən bir daha bütün seçicilərimə və həmvətənlərimə səslənərək hər kəsi Qurtuluşumuzun 27-ci ildönümü münasibətilə təbrik edirəm.
Bayramımız mübarək".

Anar
Xəbəri paylaş