Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclisin deputatları koronavirus testindən keçirilib



Newscenter.az.21.06.2020. Azərbaycan Respublikasının Milli Məclisində COVID-19 koronavirus infeksiyası ilə bağlı Milli Məclis Aparatının, eyni zamanda deputatlar arasında mütəmadi olaraq testlər aparılıb.

Bu barədə Milli Məclis Aparatının Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Bildirilir ki, iyunun 21-də Milli Məclis Aparatının əməkdaşlarından, eyni zamanda deputatlardan COVID-19 infeksiyası ilə bağlı profilaktik test nümunələri alınıb.

COVID-19 infeksiyası ilə bağlı profilaktik test nümunələrinin nəticələri sabah açıqlanacaq.

Qeyd edək ki, Milli Məclisin deputatı Sahib Alıyev iyunun 20-də koronavirusa yoluxduğa barədə sosial şəbəkədə məlumat yayıb.
Xəbəri paylaş