Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Elektrik qatarları həftəsonu hərəkətdə olmayacaq



Newscenter.az.3.07.2020. Nazirlər Kabinetinin qərarına uyğun olaraq, iyulun 20-dək şənbə və bazar günləri Abşeron Dairəvi dəmir yolu xətti üzrə elektrik qatarların hərəkəti dayandırılacaq.

Newscenter.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyindən daxil olan məlumata görə, o cümlədən 4 və 5, 11 və 12, 18 və 19 iyul tarixlərində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə işləyən qatarlar hərəkətdə olmayacaq.

Digər günlərdə sərnişindaşıma hazırda qüvvədə olan qrafik üzrə həyata keçiriləcək

Anar
Xəbəri paylaş