Türkiyədə fişəng fabrikində partlayış olub, 2 nəfər ölüb, 73 nəfər yaralanıb
Tarix: 3-07-2020, 16:24
Newscenter.az.3.07.2020. Türkiyənin Sakariya əyalətinin Hendek rayonunda fişəng fabrikindəki partlayış nəticəsində 2 nəfər ölüb, 73 nəfər yaralanıb.
“Report” xəbər verir ki, məlumatı Türkiyənin NTV telekanalı yayıb.
Fabrikin deposunda 110 ton partlayıcı olduğu bildirilib.