Azərbaycanda daha bir həkim COVID-19-dan vəfat etdi
Tarix: 4-07-2020, 07:34
Newscenter.az.4.07.2020. Sumqayıt Şəhər Xəstəxanasının həkim reanimatoloqu Fərman Süleymanov COVID-19-dan vəfat edib.
“Report”un məlumatına görə, bu barədə onun tanışları bildirib.
Qeyd edilir ki, 1971-ci il təvəllüdlü Fərman Süleymanov Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında ötən gün vəfat edib.