Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fairmont Baku Flame Towers karantin qaydalarını kobud şəkildə pozur-FOTOLAR



Newscenter.az.5.07.2020. Bu gündən etibarən Bakıda və digər 15 yaşayış məntəqəsində COVİD-19-a qarşı mübarizə məqsədilə sərt karantin rejimi tətbiq edilsə də, lakin paytaxtın özündə bu qaydalara əməl etməyən müəssisələr, otellər şəbəkəsi, turizm istirahət məkanları var.

Newscenter.az xəbər verir ki, bunlardan biri də Fairmont Baku Flame Towers otellər şəbəkəsidir. Redaksiyamıza daxil olan fotolardan aydın olur ki, sözügedən otellər şəbəkəsinin hovuzkənarı ərazisində, eləcə də çimərlik hovuzunda heç bir sosial məsafə gözlənilmir, karantin qaydaları kobud şəkildə pozulur.

Bu azmış kimi otellər şəbəkəsinin facebook səhifəsində də otelin xidmətləri reklam edilib və paytaxt sakinləri hovuzkənarında istirahətə dəvət edilib.

Maraqlıdır ki, qanunverici orqanın bir addımlığında, hüquq-mühafizə orqanlarının yaxınlığında yerləşən bu otellər şəbəkəsi kimə arxayın olaraq belə pozuntulara yol verir?

P.S.Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Anar
Xəbəri paylaş