Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tramp koronavirusa görə Çini cəzalandıracağına söz verdi



Newscenter.az.5.07.2020. ABŞ prezidenti Donald Tramp yenidən koronavirus pandemiyasına görə Çin Xalq Respublikasını cəzalandıracağını vəd verib.

Bu barədə “Report” RİA “Novosti”yə istinadəmn

"Çinin yalanı, onun gizliliyi və problemləri xalçanın altına süpürmək cəhdləri virusun 189 ölkədə yayılmasına imkan verdi. Çin tam məsuliyyətə cəlb edilməlidir", - müstəqillik Günü münasibəti ilə çıxışında Tramp deyib.

Onun sözlərinə görə, Çindən yalnız koronavirus deyil, "həm də başqa viruslar çıxıb". Ancaq ABŞ prezidenti nəyi nəzərdə tutduğunu izah etməyib.

Öz növbəsində Çin Xalq Respublikası da ABŞ-ın Pekinin virusu yayması barədə ittihamlarını rədd edir.
Xəbəri paylaş