Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağdaşda tibbi maskadan istifadə etməyən şəxslər cərimələndi



Newscenter.az.8.07.2020. Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ölkədə elan edilən karantin rejim qaydalarına rayon ərazisində əməl edilməsi məqsədilə tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Newscenter.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən şəhər ərazisində keçirilən reyd zamanı obyektlərdə satıcı və müştərilərlə, küçədə hərəkət edən sakinlərlə, eləcə də sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər aparılıb. Onlara tibbi maskalardan istifadənin zəruriliyi və sosial izolyasiya qaydalarına əməl etmələrinin vacibliyi bildirilib.

Rejim qaydalarını pozan, tibbi maskadan istifadə etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək barələrində inzibati tənbeh tədbirləri görülüb.

Bu istiqamətdə tədbirlər növbəti günlərdə də davam etdiriləcək
Xəbəri paylaş