Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə daha 18 nəfər COVİD-19-dan vəfat edib



Newscenter.az. 9.07.2020. Bu gün Türkiyədə koronavirusdan 18 nəfər ölüb.

Bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 5 300-ə çatıb.

Son sutka ərzində koronavirusa daha 1 024 nəfər yoluxub. Beləliklə Türkiyədə COVID-19-a yoluxanların ümumi sayı 209 962 nəfərə yüksəlib.

Son sutkada Türkiyədə 2 879 nəfər koronavirusdan sağalıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 190 390 nəfərə yüksəlib.
Xəbəri paylaş