Müdafiə Nazirliyi: "Yaralıların əksəriyyətinin müalicəsi yekunlaşıb"
Tarix: 18-07-2020, 14:54
Newscenter.az.18.07.2020. “Hadisələr vaxtı yaralılarımız da olub”.
"Report" xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.
Onun sözlərinə görə, yaralılar hərbi tibb müəssisələrində müalicə alırlar: “Onların əksəriyyətinin qısa müddətdə müalicəsi yekunlaşıb və sıralarımıza qayıdanlar da var. Digərlərinin isə müalicəsi həkim nəzarəti altında davam etdirilir”.