Türkiyədə güclü zəlzələ olub
Tarix: 4-08-2020, 14:51
Newscenter.az.4.08.2020. Türkiyənin Malatya şəhərində 5,2 bal gücündə zəlzələ olub.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar şəhərin Pütürge rayonunda 7 km dərinlikdə meydana gəlib.
Dağıntı və itki barədə hələlik məlumat verilməyib.