Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“TurAZ Qartalı - 2020” təlimlərində helikopterlərin uçuşları keçirilib-VIDEO



Newscenter.az.9.08.2020. Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir.

Müdafiə Nazirliyindən bildirilib ki, tam hazır vəziyyətə gətirilən helikopterlərin nümunəvi təlim uçuşları keçirilib.

Təlimlərdə hərbi pilotlar şərti düşmənin fəaliyyətinin qarşısının alınması, onun müxtəlif obyektlərinin, hərəkət edən və hərəkətsiz zirehli texnikasının, o cümlədən qəflətən qarşıya çıxan digər hədəflərin aşkarlanması və məhv edilməsi üzrə tapşırıqları yerinə yetirib.
Xəbəri paylaş