Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dispetçer vəzifəsinə qəbulla bağlı imtahat keçirilib



Newscenter.az.13.08.2020. Ədalətlilik, obyektivlik və şəffaflığın təmin olunması, müvafiq qanunvericiliyin tələblərinə riayət olunması Bakı Nəqliyyat Agentliyinin insan resurslarının idarə olunmasında əsas prinsiplərdəndir. Məqsəd mövcud vakansiya üzrə müraciət edən vətəndaşa potensialını, bilik və bacarığını nümayiş etdirməsi şəraiti yaratmaq, layiqli namizədin işə qəbuludur.

Newscenter.az-a BNA-dan bildirilib ki, Mərkəzləşdirilmiş Vahid Dispetçer Xidmətinə Dispetçer vəzifəsi üzrə işə qəbul prosesi də bu məqsədə uyğun formada keçirilir. Qeyd olunan vakansiya ilə bağlı elektron formada müraciət edən 300-dən çox namizəd sırasından qoyulan tələblərə cavab verən 80 nəfər seçilərək test imtahanına cəlb edilib. 13, 14, 17 və 18 avqust tarixlərində keçirilən imtahanlar pandemiya şərtləri nəzərə alınmaqla təşkil olunur.

İmtahanda namizədlərə ixtisas, qanunvericilik, dünyagörüşü və məntiqi təfəkkürlə bağlı ümumilikdə 40 sual təqdim olunur. Növbəti mərhələyə keçmək üçün namizədlər sualların 50%-ni düzgün cavablandırmalıdır. Hər sual 1 balla qiymətləndirilir. Növbəti mərhələdə isə uğur qazanan namizədlərlə müsahibə olacaq.

Məlumat üçün bildiririk ki, Mərkəzləşdirilmiş Vahid Dispetçer Xidməti marşrut xətləri üzrə avtobusların bir mərkəzdən idarə olunmasına imkan yaradacaq. Bu isə ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsi baxımından əhəmiyyətlidir. Mərkəzləşdirilmiş Vahid Dispetçer Xidməti real vaxt rejimində avtobusların hərəkət sxeminə, qrafikə riayət olunmasına, sürücülərin davranışlarına daha çevik və şəffaf nəzarət etməyə imkan yaradır.

Anar
Xəbəri paylaş