Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kişmişin içərisində 5 kiloqramdan artıq narkotik vasitə - tiryək aşkarlandı



Newscenter.az.13.08.2020. Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə İran İslam Respublikasından Ukrayna Respublikasına "Volvo" markalı yük avtomobilində külli miqdarda narkotik vasitələrin gömrük nəzarətindən gizlədilərək aparılacağı barədə əməliyyat məlumatı daxil olub. Astara gömrük postunda saxlanılan nəqliyyat vasitəsinin Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Ukrayna Respublikasında fəaliyyət göstərən şirkətlərdən birinin ünvanına "kişmiş" yükü apardığı məlum olub.

Newscenter.az-a DGK-dan bildirilib ki, Ukrayna Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsi saxlanılıb və "Volter" ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə yoxlama həyata keçirilib. Bu zaman xidməti it xüsusi işarə və hərəkətlərlə yük maşının qoşqusunun ətraflarına reaksiya verib.

Baxış zamanı "kişmiş" yükünün içərisində gizlədilən xırda formalarda, ümumi çəkisi 5 kiloqram 200 qram olan qara rəngli, kəskin iyli narkotik vasitə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Zaur
Xəbəri paylaş