Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zığ yolunda avtobus yandı



Newscenter.az.13.08.2020
. Bu gün səhər saat 7 radələrində "Çinar-Trans" MMC-yə məxsus 99 JK 763 (Dövlət Qeydiyyat Nişanlı) sərnişin avtobusunda yanğın hadisəsi olub.

Newscenter.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, hadisə avtobus Zığ yolu-Hava limanı istiqamətində hərəkətdə olan zaman baş verib.

Yanğın vaxtı avtobus müntəzəm və ya ekspres marşrut xətti üzrə fəaliyyətdə olmayıb. Sürücü tək olub və o, hər hansı bir xəsarət almayıb.

Anar
Xəbəri paylaş