ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

İsveçdə Qarabağ məktəbi yeni tədris ilinə başladı-FOTOLAR

24-08-2020, 13:20



Newscenter.az.24.08.2020. Isveçdə fəaliyyət göstərən İsveç Azərbaycanlılar Birliyinin (SAF) rəhbərliyi və Stokholm şəhərində fəyalət göstərən Qarabağ məktəbi yeni tədris ilinə start verib.

Bu barədə Newscenter.az-a xəbər verən SAF təşkilatın sədri Sevda Dadaşova deyib ki, bu münasibətlə uşaqlara, müəllimlərə və məktəbin idarə heyrətinə 2020-2021 yeni tədris ilində uğurlar arzulayıb və təhsilin neçə mühüm və vacib olduğunu vurğulayıb:

“Uşaqlar, ali təhsilinizlə, İsveç cəmiyətində yaxşı vəzifələr qazandıqca, siz Azərbaycanın adını da uca tutacaqsız, siz bizim sabahımızın ümüdi və qururusunuz, oxumaq və yeni zirvələr əsas məqsədiniz olmalıdır!”.

Qarabağ məktəbinin rəhbəri Tünzalə Oruczadə bütün dünyanı bürüyən pandemiya bəlasına baxmayaraq məktənin fasiləsiz, davamlı fəaliyyətdə olduğuna görə bütün üzvlərə təşəkkürünü bildirib. Qarabağ məktəbinin “Qarabağ” rəqs qrupunun rəhbər və xoreoqrafları Mehriban Ələkbərzadə və Cəmilə Hilalova uşaqların yeni tədris ilini təbrik edib və böyük səhnələrdə Qarabağın adını daha da yüksəklərə qaldırıb uğurlar əldə etməyi arzulayıb.

Yazar, Eluca Atalı uşaqlara təhsilin böyük dünyaya qapıların acarı olduğunu vurğulayıb. O, Azərbaycanın ədəbiyyatını və tarixini təblig etməyi İsveçdə yaşayan uşaqlara böyük zövqlə davam etdiyini bildirib. Qarabağ məktəbinin yeni tədris ilinin acılışında digər çıxışç edənlər, Samirə Ələkbərova (Azərbaycan dili), Kate Andersson (müsiqi/vokal), fəyal diasporuçular Xadicə Eminova, Aygul Yusubova, Səbinə Rahimova və hər zaman Qarabağ məktəbinə dəstək olan jurnalist və İsveçdə aktiv fəaliyyət göstərən SAMM Tv və “Öppna kanalen” rəhbəri və produsserı Rahim Sadıqbəyli müvəffəqiyətlər arzulayıblar.

Qeyd edək ki, İsveçdə məktəblər pandemiya vaxtı hər zaman fəaliyyətdə olub.

Mehman

Oxşar xəbərlər
SON XƏBƏRLƏR