Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ali məktəblərdə dərslər distant formada keçiriləcək

Ali məktəblərdə dərslər distant formada keçiriləcək


Newscenter.az.27.08.2020. Sentyabrın 15-dən etibarən ali təhsil müəssisələrində dərslərə start veriləcək.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı təhsil naziri Emin Əmirullayev keçirdiyi brifinqdə səsləndirib. O, qeyd edib ki, ali təhsil müəssisələrində dərslər distant formada keçiriləcək.

Nazir onu da qeyd edib ki, oktyabrın 1-dən isə 1-ci kurs tələbələrinin universitetlə tanışlıq məqsədilə ali təhsil müəssisələrinə gəlməsi nəzərdə tutulur.
Xəbəri paylaş