Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qaradağda karantin qaydalarını pozan şəxs həbs edildi



Newscenter.az.31.08.2020. Qaradağ rayonu Sahil qəsəbəsində karantin qaydalarını pozanlar cərimələnib.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, avqustun 30-da Qaradağ rayonu, Sahil qəsəbəsi, B.Əliyev küçəsi, ev 43 ünvanında bir qrup şəxsin dəfələrlə edilən xəbərdarlıqlara baxmayaq karantin qaydalarını pozaraq mərasim keçirməsi barədə Qaradağ Rayon Polis İdarəsinin (RPİ) İcimai Təhlükəsizlik Şöbəsinə məlumat daxil olub.

Dərhal Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin əməkdaşları ilə birgə qeyd edilən ünvan nəzarətə götürülüb. Polis əməkdaşlarının keçirdikləri tədbir zamanı mərasimin təşkilatçısı, qəsəbə sakini Vüsal Tarverdiyev və daha 25 nəfər saxlanılaraq Polis İdarəsinə gətirilib. İdarədə onlarla profilaktik söhbətlər aparılıb.

Xüsusi karantin rejimi qaydalarını pozan 25 nəfər barəsində inzibati protokollar tərtib olunub və onların hər biri cərimələnib. Məclisin təşkilatçısı V.Tarverdiyev barəsində isə məhkəmənin qərarı ilə 10 sutka inzibati həbs qərarı verilib.
Xəbəri paylaş